Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət necədir? - “Hədəf”də MÜZAKİRƏ

Koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət necədir? - “Hədəf”də MÜZAKİRƏ

Tarix: 5 Sentyabr 2020 22:09

Bakı. Trend:

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində ölkəmizdəki sanitar-epidemioloji vəziyyət, növbəti dəfə karantin rejimində ediləcək yumşaldılmalar müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, proqramın qonaqları, Milli Məclisin deputatı İlham Məmmədov və Prezident yanında QHT-lərə Dəstək Şurasının üzvü Anar Xəlilov Azərbaycanda koronavirus infeksiyası ilə səmərəli mübarizə tədbirləri haqqında danışıblar. Qeyd olunub ki, ölkəmizdə mart ayının əvvəlindən başlayaraq müvafiq infrastrukturun formalaşdırılması, maddi-texniki təchizatla bağlı məsələlərin operativ həlli müsbət nəticələr verdi. Vurğulanıb ki, bu gün də koronavirus infeksiyasına qarşı mübarizə, onun mənfi fəsadlarının aradan qaldırılması üçün geniş tədbirlər görülür. Ölkəmizdə müasir tibb sənayesi və tibbi infrastruktur yaradılıb. Görülən tədbirlər nəticəsində virusa yoluxma sayında azalma müşahidə edilir. Qeyd edilib ki, müsbət nəticələrin əldə edilməsi karantin rejimində müəyyən yumşalma addımlarının atılmasına zəmin yaradıb.

“Hədəf” verilişini bütöv şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=GSMqPuTtya0

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az


Etiketlər:  Koronavirusla bağlı sanitar epidemioloji vəziyyət necədir Hədəfdə MÜZAKİRƏ


RƏYLƏR