Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu dəyişiklik öz təsirini hər bir vətəndaşın yaşayışında göstərəcək''

''Bu dəyişiklik öz təsirini hər bir vətəndaşın yaşayışında göstərəcək''

Tarix: 7 Sentyabr 2020 16:36

"Gəncənin inzibati ərazi quruluşunda həyata keçirilməsi planlaşdırılan bu yeniliklərə, dəyişilmələrə bütünlüklə ölkədəki hərtərəfli islahatların tərkib hissəsi kimi baxıla bilər". 

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Gəncə kimi ikinci böyük şəhərimizin idarəetmə quruluşunda dəyişikliklərin aparılmaması, hər şeyin köhnə qaydada saxlanılması inkişafa maneə törədə bilər:

"İqtisadiyyatın, sosial sferanın, mədəniyyətin ən müxtəlif sahələrində islahatlar getdiyi kimi ölkənin inzibati ərazi idarəetmə strukturlarında da dəyişikliklərin baş verməsi labüddür. Nəzərə almaq lazımdır ki, indi bütün dünya dövlətləri kimi Azərbaycan da yeni bir mərhələdədir. Bu mərhələni biz postpandemiya dövrü və eyni zamanda dünyanın bütün dövlətlərinin keçdiyi post-neft dövrü kimi xarakterizə edə bilərik. Hər halda hər iki dövrün tələbləri baxımından bizim ölkəmizin inzibati ərazi idarəetmə quruluşunda dəyişikliklərin edilməsi qaçılmazdır. Bir çox hallarda, xüsusilə də Gəncə kimi böyük şəhərin idarə edilməsinin pandemiyadan sonrakı dövrün tələblərinə, eləcə də post-neft dövrünün yeniliklərinə uyğunlaşdırılması baxımından çox əhəmiyyəti var. Eyni zamanda bütün ölkədə aparılan islahatlarla eyni vaxtda Gəncə kimi ikinci böyük şəhərimizin idarəetmə quruluşunda dəyişikliklərin aparılmaması, hər şeyin köhnə qaydada saxlanılması sözsüz ki, inkişafa və tərəqqiyə maneə törədə bilər". 

Ekspert qeyd edib ki, Azərbaycanın bütün inzibati ərazi vahidlərində bu cür islahatların aparılmasına ehtiyac var:

"Bu dəyişiklik Gəncədə idarəetmənin daha da optimallaşdırılması, bütün yerli potensialların daha çox mərkəzi hakimiyyətin sərəncamında birləşdirilməsinə perspektivlər açır, eyni zamanda Gəncənin əhalisinin artımını da nəzərə alsaq, burada hər bir vətəndaşın həyatına və mənafeyinə müsbət təsir göstərmək baxımından bu dəyişikliyin labüd olduğunu da görmək mümkündür. Yəni, bu dəyişiklik sonda öz təsirini hətta hər bir vətəndaşın yaşayışında göstərəcək. Digər tərəfdən, indiki şəraitdə bütün inzibati ərazi vahidlərinin, o cümlədən Gəncə kimi böyük bir şəhərin büdcəsi ilə bağlı yeni qərarların qəbul olunması üçün də bu dəyişiklik əhəmiyyətlidir. Çünki həm yerli gəlirlərdən, həm də dövlət büdcəsindən daha səmərəli istifadə olunması baxımından bu dəyişikliyin baş verməsi labüd idi. Bir sözlə, Gəncənin inzibati ərazi quruluşunda baş verən bu dəyişiklik, islahat  Gəncənin daha yaxşı idarə olunması məqsədinə xidmət edir, eyni zamanda Gəncədə resurusların  daha səmərəli istifadə olunmasına da öz təsirini göstərəcək. Hesab edirəm ki, bu gün Azərbaycanın təkcə Gəncə kimi böyük şəhərlərində yox, eləcə də bütün inzibati ərazi vahidlərində bu cür islahatların aparılmasına ehtiyac var. Ona görə ki, ölkə tamamilə yeni reallıqların içindədir, yeni reallıqların qarşısındadır. Belə şəraitdə həm mövcud potensialların daha çox mərkəzləşdirilməsinə, həm də dövlət büdcəsinin əlavə məsrəflərdən azad olunmasına böyük ehtiyac var. Fikrimcə, Gəncədəki islahatlar dediyim bu iki istiqamətdə öz müsbət nəticələrini göstərə bilər". 

Təhməz Əsədov


Etiketlər:  dəyişiklik təsirini hər vətəndaşın yaşayışında göstərəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ