Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Messiyə qarşı heç bir mübarizə olmadığına inanıram''

''Messiyə qarşı heç bir mübarizə olmadığına inanıram''

Tarix: 7 Sentyabr 2020 22:26

La Liqanın prezidenti Xavier Tebas Barcelona-nın hücumçusu Lionel Messi ilə bağlı vəziyyətdən danışıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, qrum rəhbəri oyunçu ilə heç bir probleminin olmadığını açıqlayıb:

"Messi ilə heç bir danışıq aparmadım. Eyni şeyi çempionatımızda olan digər futbolçular üçün də edərdim. Qanunun aliliyini və ədaləti qorumaq bizim vəzifəmizdir. Adınız Messi və ya Pepito, Perez olsun fərqi yoxdur. Müqavilələrə hörmət edilməlidir. Şəxsən mən Messiyə və ətrafına qarşı heç bir mübarizə olmadığına inanıram. Ona xüsusi bir sevgim var, pərəstişkarlıq edirəm. Onunla niyə mübarizə aparım? Bu məsələdə mətbuat işi çox böyütdü".

Xatırladaq ki, Tebas argentinalı futbolçunun yalnız müqaviləsindəki şərtlər yerinə yetirildiyi təqdirdə, komandadan ayrıla biləcəyini bildirmişdi. Messinin sözləşməsində 700 milyon avqo qarşılığında başqa kluba keçə biləcəyi yazılıb.


Etiketlər:  Messiyə qarşı heç mübarizə olmadığına inanıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ