Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atlantik okeanında tropik fırtınası yaranıb

Atlantik okeanında tropik fırtınası yaranıb

Tarix: 8 Sentyabr 2020 04:52

Bakı. Trend:

Atlantik okeanında "Rene" tropik fırtınası yaranıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Qasırğa İzləmə Mərkəzi bildirib.

Məlumata əsasən, tropik fırtına daxilində əsən küləyin sürəti 18 m/s-ə çatır. Fırtına Afrika sahillərindən 600 km məsafədə yerləşən Kabo-Verde dövlətindən təxminən 180 km şərqdə yerləşir.

Bazar ertəsi axşamı və çərşənbə axşamı səhər saatlarında Kabo-Verdeyə güclü yağış və fırtına küləklərinin əsəcəyi gözlənilir.


Etiketlər:  Atlantik okeanında tropik fırtınası yaranıb


RƏYLƏR