Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 22:06
3 sm kəsilmiş zəncəfil kökünü qaynar suya salıb 10 dəqiqə gözlədikdən sonra bir az bal əlavə edib içdikdə orqanizmdə olan ağrılar azalır. Xroniki ağrılardan əziyyət çəkənlər yedikləri qidalara zəncəfil töksələr ağrıları azalar. Araşdırmalara görə gün ərzinddə 2 dəfə zəncəfil dəmləməsi içmək revmatim xəstəliyi zamanı diz və ayaqlarda olan ağrıları aradan qaldırır. Zəncəfil dəmləməsi soyuqlama zamanı bədəndə olan ağrıları azaldır, aybaşı ağrılarını yüngülləşdirir.
2.Acı bibər
Əgər yeməyinizi acılı və ədviyyatlı sevirsinizsə bundan öz faydanız üçün istifdə edin. Acı bibər baş ağrıları, artrit ağrıları zamanı faydalıdır. Acı bibərin tərkibindəki maddələr beyinə gedən ağrı siqnallarını azaldır. Acı bibərdən ağrıkəsici mazlar, məlhəmlər və losyonlar hazırlanır.
3.Sarıkök
Sarıkök mədə qıcqırmasından əziyyət çəkən adamlara yardımçı olur.Onun kimyəvi tərkibi anti-enflamatuar iltihab əleyhinə təsir göstərir. Həzmin getməsini zəiflətdiyi üçün sarıkökdən az miqdar istifadə etmək lazımdır.
4.Maqnezium
Bir çox qida maddələrinin tərkibində maqnezium var.Amma bişirilən zaman o yox olur. Maqnezium orqanizmdə sümük, əzələ və sinir xəstəlikləri zamanı faydalıdır. Maqnezium stressi azaltmaqla yanaşı, sümük ağrıları zamanı ağrıkəsici təsir göstərir.
5.Gilas
Bir boşqab gilas yemək iltihabı azaltmaq qabiliyyətinə malik olduğu üçün iltihab səbəbli ağrıları da aradan qaldırır. Gilasın müalicəvi xüsusiyyəti onun qabığındadır.Belə ki, gilasın qabığında antosiyanin var. Antosiyanin boyrütkəndə, qırmızı üzümdə, çiyələkdə və moruqda da olur.
6.Söyüd qabığı
Soyüd qabığı təbii aspirindir. Min illərdir söyüdün qabığından ağrlkəsici kimi istifadə edilir. Söyüd qabığında asetil salisil tərkibinə çox bənzəyən salisil maddəsi var. Söyüd qabığı kürək ağrılarında, baş ağrıları zamanı və osteartrit zamanı ideal ağrıkəsicidir. Söyüd qabığı dəmləməsi orqanizmə aspiridən çox, uzun müddətli təsirə malikdir. Qəbul etməzdən əvvəl söyüdə allergiyanın olub olmamasını öyrənmək lazımdır.
7.Ayı pəncəsi
Ayı pəncəsi dəmləməsi mədə qıcıqırması və qara ciyər xəstəlikləri zamanı çox faydalı olması ilə bərabər, kürək ağrılarının da azalmasına səbəb olur.Bitkinin ağrıkəsici xüsusiyyətə səbəb olması onun tərkibində iridoid qlükozitlərinin olmasıdır.