Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" - "Molde" oyunu rəsmən neytral meydanda - Bu ölkədə...

Tarix: 9 Sentyabr 2020 18:28

Çempionlar Liqası III təsnifat mərhələsi çərçivəsində keçirilək “Qarabağ” – “Molde” matçı Azərbaycanda olmayacaq.

Qol.az Ağdam klubunun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, görüş Kiprin Larnaka şəhərində oynanılacaq. Qarşılaşma sentyabrın 16-da, saat 21:00-da start götürəcək.

Qeyd edək ki, püşkə əsasən, oyun 15-16 sentyabrda Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib.

 


Etiketlər:  Qarabağ Molde oyunu rəsmən neytral meydanda Bu ölkədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ