Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 00:54
Millətlər Liqasının 2-ci turunda səfərdə Kiprlə keçirilən görüşdə (1:0) debüt edən Azərbaycan yığmasının futbolçusu Rəhim Sadıxov oyun haqda fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, inamlı oyunu ilə fərqlənən "Sumqayıt"ın yarımmüdafiəçisi millimizin formasını geyindiyi üçün qürur duyduğunu yazıb:
"Bütün azarkeşlərə, bizə hər bir halda dəstək verən, narahat olan və inananlara təşəkkür etmək istəyirəm. Damarımda Azərbaycan qanı axarkən bu komandanın formasını geyindiyim üçün qürur duyuram. Əminəm ki, daha vacib qələbələr hələ qarşıdadır!"