Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 23:00
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik missiyasını həyata keçirməli olan ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti, Ermənistanın beynəlxalq hüquq normalarını pozması fonunda beynəlxalq ictimaiyyətin susqunluğu günün əsas müzakirə mövzularından biridir.
Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" proqramında sözügedən məsələ, münaqişənin həllində Ermənistan hərbi-siyasi rəhbərliyinin tutduğu qeyri-konstruktiv mövqe müzakirə olunub. Verilişə videobağlantı ilə qoşulan Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lambert suallara cavab verib. "Hədəf"in aparıcısı Elnar Məmmədli və qonaqları, "APA-Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı, politoloq Elçin Mirzəbəyli J.Lambertə Qarabağ probleminin həlli, Ermənistanın sülhdən yayınan mövqeyi və bir çox bu kimi məsələlərlə bağlı sualları ünvanlayıblar. J.Lambert təəssüflə qeyd edib ki, ATƏT-in Minsk Qrupu bu gün çox passiv fəaliyyət göstərir. O, vurğulayıb ki, Ermənistan bu gün də Azərbaycan ərazilərini işğal altında saxlayır. Qaçqın və məcburi köçkün ordusu yaranıb. Dostluq qrupunun vitse-prezidenti Fransadakı erməni lobbisinin onların mövqeyini dəstəkləməyən avropalı siyasətçiləri belə təhdid etdiyini də bildirib. K.Lambert proqramın qonaqlarının digər maraq doğuran suallarını ətraflı cavablandırıb. Bundan sonra V.Mahirqızı və E.Mirzəbəyli J.Lambertin dedikləri ilə bağlı öz mülahizələrini səsləndirərək, Ermənistanın işğalçılıq siyasəti haqqında fikirlərini qeyd ediblər.
"Hədəf" verilişini bütöv şəkildə "YouTube" kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=_xVkgIZte50
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w