Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 10:10
Mənə sataşan insan mənim gücümdə olan sənətkar olmalıdır. Qarşımda söz deyən, bir tənqid edən və ya nöqsan tutan mənim sənətimdə olmalıdır. İnsan ulduz da ola bilər. Ən az mənim sənətim qədər olmalıdır.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə onu bir müddət əvvəl ələ salan Xalq artisti Miri Yusifə cavab olaraq "MTV Azərbaycan"a açıqlamasında deyib. İfaçı repçi ilə qalmaqalı sənətinə yaraşdırmadığını bildirib:
"Ümumiyyətlə, mən bu insanla heç təmasda olmamışam. Münasibətimiz yoxdu. Şokda idim ki, bu adama nələr dedim ki, buna nə oldu ki? Düşünürəm ki, sənətində reper kimi yaxşı sənətkardır, amma musiqi anlamında deyil. Peşəkar musiqiçi deyil. Ola bilər ki, reper kimi qəbul olunmuş sənətkardır. Müğənni kimi yox! Heç belə dostluğumuz, düşmənçiliyimiz də yoxdur. Yəqin, məni yuxuda görüb".
Müğənni onunla üz-üzə gəldiyi halda belə məsələyə aydınlıq gətirmək fikrində olmadığını da açıqlayıb:
"Yox, mənə yaraşmaz o. Bilmirəm onun neçə yaşı var. Onun yaşının 75 faizi, 40 yaşı varsa, mənim 30 il sənət stajım var. Durum o insanla nə kəlmə kəsim?! Sənətdə, səhnələrdə, mədəniyyət, incəsənət üçün külüng döyəndə onlar bilmirəm harada idi. İndi sənətkara dil uzatmaq olmaz. Mənə söz deməyə sənin haqqın yoxdur. Nə yaxşı, nə də pis. Get, repini denən! Xətrini də istəyirəm. Yaxşı oğlan, reper ola bilərsən. Amma mənə toxunmayın! Oturmuşam öz taxt tacımda. Burdan hər şeyi müşahidə edirəm. Oturuşmuş sənətkarlar var, mən onlardanam. Qəbul olunmuşam".
Qeyd edək ki, repçi Nadirlə bağlı sosial şəbəkədə yayılan "Nadir Qafarzadə bir neçə il əvvəl "Kitab oxuyursan" sualına cavab olaraq: Gedək professora deyək ki, "xolodilniki"ni açsın, mən də açım. Görək kimdə doludur" sözlərini İnstaqram-da story bölümündə yerləşdirmişdi.
Miri Yusif "Həyat bumeranqdır. Bəzən kiməsə cavab verməyə tələsmək lazım deyil. Çünki dünya fırlanır və qayıdıb dəyir üzünə" sözlərini yazmışdı.