Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 18:55
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda Abidə Menecerləri Forumu keçirilir. İyulun 27-də başlayan forum iyulun 4-də başa çatacaq.
Trend-in məlumatına görə, iyunun 28-də günün ikinci yarısında forum çərçivəsində abidə menecerlərinin fəaliyyəti, mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində maraqlı müzakirələr aparıldı.
İlk olaraq Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) əməkdaşı Jane Thompsonun "İdarəetmə sistemləri və planlama: idarəetmədə dəyişiklik və davamlılıq” mövzusunda məruzəsi dinlənildi. Daha sonra həmin mərkəzin digər nümayəndəsi Eugene Jo “İdarəetmənin səmərəliliyi konsepsiyası”, həmçinin UNESKO-nun Dünya İrs Mərkəzinin əməkdaşı Ricard Veillon "Reaktiv monitorinq prosesi və mühafizə hesabatlarının vəziyyəti” və "Mühafizə hesabatlarının analizi" mövzularında çıxış etdilər.
Çıxışlardan sonra forum iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin