Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İxtisaslar üzrə keçid balları təxminən ötənilki səviyyədə olacaq"

Tarix: 11 Sentyabr 2020 13:26

Bu il III ixtisas qrupunda yeni ixtisaslar yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, plan yerlərində əsas artım əvvəlki illərdə mövcud olan ixtisaslar üzrə olub.

M.Abbaszadə qeyd edib ki, bu il III qrupda 4 ixtisas ləğv edilib və onlar üzrə plan yerləri təqdim edilməyib.

DİM sədri qeyd edib ki, bu il III qrup üzrə müsabiqə vəziyyətinin keçən ilki kimi olacağı gözlənilir. İxtisaslar üzrə keçid balları da təxminən eyni səviyyədə olacaq.

Milli.Az


Etiketlər:  İxtisaslar üzrə keçid balları təxminən ötənilki səviyyədə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ