Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlahiyyat İnstitutunda psixoloqla görüş keçirilib (FOTO)

İlahiyyat İnstitutunda psixoloqla görüş keçirilib (FOTO)

Tarix: 17 Aprel 2019 18:20

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) psixoloq İlkin Kazımlı ilə tələbələrin görüşü təşkil olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, görüşü Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün ardıcıl seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil edir. M.Mürsəlov mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verdiyi ilə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib.

Sonra psixoloq İlkin Kazımlı qeyd edib ki, görüşün məqsədi gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrinə təsir edən başlıca amilləri şərh etmək, şəxsin daxili dünyasında apardığı səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir bağışladığını göstərməkdir.

Psixoloq gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanımaları, daxili potensiallarını üzə çıxarmaları, həmçinin problemi həlletmə bacarıqlarından da bəhs edib.

İ.Kazımlı gənclərə bir sıra məsələlərin həllində soyuqqanlı olmağı, qarşılaşdıqları çətinlikləri təbii qəbul etməklə adiləşdirməyi tövsiyə edib. Həmçinin bəzi problemlərin həllində psixoloji durumun köməklik göstərə biləcəyini də nəzərə çatdırıb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İlahiyyat İnstitutunda psixoloqla görüş keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ