Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəşf olunmamış kometlərin operativ tutulması üçün yeni missiya hazırlanır

Kəşf olunmamış kometlərin operativ tutulması üçün yeni missiya hazırlanır

Tarix: 28 Iyun 2019 20:36

Bakı. Trend:

Yeni misiya hazırkı günə kimi kəşf olunmamış, Yerə tərəf hərəkət edən kometlərin tutulması məqsədini qarşı qoyur.

Trend-in məlumatına görə, bu unikal misiya Günəş sisteminə daxil olduğu zaman ulduzlar arası fəzanın ilkin obyektlərini müşahidə etmək imkanı verəcəkdir.

Üç kosmik aparat obyektin müxtəlif bucaq altında şəkillərini çəkərək, onun 3D formatda profilini təmin edəcək və kometin səthini, kimyəvi tərkibini, formasını və strukturunu öyrənməyə imkan verəcəkdir.

Comet İnterceptor (Komet Tutan) misiyası Avropa Kosmik Agentliyi (AKA) tərəfindən 2019-cu il iyunun 19-unda "F" (fast - sürətli) – qısa müddətdə təhciz olunanlar sinfinə daxil olan misiya kimi seçilmişdir. Bu misiyanın konseptual layihəsi bu ilin mart ayında AKA-ya təqdim olunmuşdur. Nəzərdə tutulan uçuş 2028-ci il üçün planlaşdırılır.

AKA-nın Giotto (Ciotta) və Rosetta (Rozetta) kimi əvvəlki komet misiyaları əsasən qısaperiodlu kometləri – Günəş sistemi daxilinə bir neçə dəfə qayıdan kometləri öyrənmişlər. Qısaperiodlu kometlərin materialları dəfələrlə bizim ulduzun (Günəşin) təsiri ilə dəyişikliyə məruz qalır. Bundan fərqli olaraq uzunperiodlu kometlər, Günəş küləyinin təsirinə məruz qalmayan ulduzlararası fəzanın ilkin materiallarını öyrənməyə imkan verir. Comet İntercepter layihəsi əsasında Günəş sistemi daxilinə uzunperiodlu komet daxil olduqdan sonra misiyanın operativ təhciz olunması təklif olunur.

Comet İnterceptor missiyasının buraxılışı, AKA-nın ekzoplanetlərin kəşfi ilə əlaqədar 2028-ci il üçün başlanması nəzərdə tutulan Ariel (Ariel) yeni misiyası ilə birgə daha faydalı olacağı düşünülür. Hər iki misiya Günəş-Yer sistemində, Yerdən 1,5 million kilometr məsafədə, Günəşə nəzərən əks tərəfdə yerləşən ikinci Laqranj nöqtəsinə yönəldiləcək. Buradan sistemin məxsusi mühərrikləri hesabına Comet İnterceptor missiyasının kosmik apparatlar triosu, elmi hədəf kimi seçilən kometə istiqamətlənəcəkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kəşf olunmamış kometlərin operativ tutulması üçün yeni missiya hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ