Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Suriyadan və Livandan ermənilərin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün imkanların üstündən xətt çəkir

Deputat: Suriyadan və Livandan ermənilərin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün imkanların üstündən xətt çəkir

Tarix: 11 Sentyabr 2020 22:06

Ermənistanın Livandan etnik erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürməsi beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir və bu addımı atmaqla Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı bütün imkanların üstündən xətt çəkir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma siyasətini həyata keçirməkdədir:

"Ermənistan tərəfi uzun müddədir ki, Suriyadan olan etnik erməniləri işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarına köçürürlər. İndi bu prosesə Livandan olan ermənilərin köçürülməsi əlavə edilib. Beyrutda baş verən partlaışdan sonra Livandan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi prosesi intensiv xarakter almaqdadır.

Ermənistan çalışır ki, işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda etnik ermənilərin sayını qeyri-qanuni köçürmələr hesabına 300-500 min nəfərə çatdırsın. Bu isə tamamilə qanuna zidd addımdır. Bu addım beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyət təşkil edir və bu addımı atmaqla Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı bütün imkanların üstündən xətt çəkir.

Həm də xüsusilə vurğulamaq lazımdır ki, Suriyadan və Livandan köçürülən etnik ermənilərin sıralarının xeyli hissəsini Yaxın Şərqdə terroçuluq fəaliyyəti göstərən ermənilər təşkil edir. Bu isə danışıqlardan imtina edilməsi anlamındadır və eyni zamanda münaqişənin hərbi yolla tənzimlənməsinə yaşıl işıq yandırmaq anlamındadır. Burada bütün məsuliyyət Ermənistanın, onun havadarlarının və Minsk qrupunun üzərinə düşəcək".


Etiketlər:  Deputat Suriyadan Livandan ermənilərin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün imkanların üstündən xətt çəkir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ