Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 12:40
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 40,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 38,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 39,065 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.