Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 13:58
Türkiyə klubu "Konyaspor"da baş məşqçi istefası reallaşıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Super Liqa təmsilçisinin çalışdırıcısı Bülənt Qorxmaz istefa verib.
52 yaşlı mütəxəssis Konya klubundan ayrıldığını özü mətbuata açıqlayıb. Qorxmaz buna səbəb kimi, rəhbərliyin ondan icazəsiz hücumçu transfer etməsini göstərib.
Qeyd edək ki, Super Liqanın ilk turunda istirahət edəcək "Konyaspor" 2-ci turda sentyabrın 19-da "Gənclərbirliyi" ilə qarşılaşacaq.