Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 21:36
Texas Universitetinin Tibbi elmləri mərkəzinin alimləri SARS-CoV-2 koronavirusu infeksiyasına məruz qalmış uşaqlar üçün bir sonrakı nəticələrin daha ağır ola biləcəyi qənaətinə gəliblər.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, alimlərin gəldiyi nəticələr "EclinicalMedicine" jurnalında dərc olunub.
Mütəxəssislər multisistem iltihab sindromu (MİS-C) keçirən 662 uşağın iştirakı ilə 40-dan çox müşahidə araşdırmasının nəticələrini təhqiq ediblər. Məlum olub ki, həmin sindrom ürəkdə, böyrəklərdə, beyində, gözlərdə, dəridə və digər orqanlarda iltihablı proseslərlə xarakterizə olunur. Onun simptomları iki xəstəliyi xatırladır. Bunlar "Kavasaki" və "toksik şok" xəstəlikləridir. Lakin burada iltihab daha şiddətli və ölümcüldür.
Uşaqların 71 faizi reanimasiyaya yerləşdirilib, onların xəstəxanada qalma müddəti orta hesabla 8 gün olub. Əksər hallarda xəstələrdə yüksək hərarət, qarın ağrısı və ya ishal (73,6%) və qusma (68,3%) müşahidə edilib. Bunda başqa, uşaqlarda konyuktivit və səpgilər adi hal olaraq görülüb.
Azyaşlılar arasında ölüm dərəcəsi 1,7%-i keçməsə də, hər halda COVİD-19-a yoluxan uşaqlara (0,09%) nisbətən xeyli çoxdur. "MİS-C" həm də koronavirus infeksiyasını yüngül keçirən uşaqlarda da inkişaf edir. Hətta sağalan uşaqlarda belə ekokardioqrammada anormallıq görünür.
Belə ki, xəstələrin 10%-nə ürək çatışmazlığı riskini artıran bir koronar anevrizma diaqnozu qoyulub. Xəstəliyin başqasına keçməsinin nəticələri isə ömrün sonuna qədər davam edə bilər.