Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 10:08
Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları davam edir.
Qol.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri 4 idman növündə mübarizə aparacaq.
Üç karateçimiz və eyni sayda Yunan-Roma güləşçimiz yarışa start verəcək. Bundan başqa, boksçu Alfonso Dominqes qızıl medal qazanmaq üçün final döyüşünə çıxacaq. Gimnastımız İvan Tixonov yarışlara bu gün qoşulacaq.
Karate
10:20. Kişilər, kata
Roman Heydərov
12:00. Qadınlar, 68 kq
İrina Zaretska – Silviya Semeraro (İtaliya)
İrina Zaretska – Alize Aqier (Fransa)
İrina Zaretska – Miroslava Kopunova (Slovakiya)
Kişilər, 84 kq
Asiman Qurbanlı – Tirol Darnel Lardi (Hollandiya)
Asiman Qurbanlı – Conatan Horne (Almaniya)
Asiman Qurbanlı – Alparslan Yamanoğlu (Türkiyə)
Yunan-Roma güləşi
12:20. 87 kq, 1/8 final
İslam Abbasov – Nikolay Dobrev (Serbiya)
13:00. 97 kq, 1/8 final
Orxan Nuriyev – Daniel Qastl (Avstriya)
13:10. 130 kq, 1/8 final
Sabah Şəriəti – Ante Milkoviç (Xorvatiya)
İdman gimnastikası
15:00. Kişilər, çoxnövçülük
İvan Tixonov
Boks
18:55. 81 kq, final
Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya)