Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada koronavirusa yoluxanların sayı 4,3 milyonu keçib

Braziliyada koronavirusa yoluxanların sayı 4,3 milyonu keçib

Tarix: 14 Sentyabr 2020 06:52

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 15 minə yaxın nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 330 455 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 415 nəfər ölüb, ölənlərin ümumi sayı 131 625 nəfər təşkil edir.


Etiketlər:  Braziliyada koronavirusa yoluxanların sayı milyonu keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ