Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 350 azərbaycanlı vətənə döndü - YENİLƏNİB - FOTO

Daha 350 azərbaycanlı vətənə döndü - YENİLƏNİB - FOTO

Tarix: 14 Sentyabr 2020 13:24

13:22

Gürcüstandan azərbaycanlıların təxliyəsi başa çatdırılıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, təxliyə olunanlar Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə gətiriliblər. 

Gürcüstandan təxliyə edilən daha 350 nəfər Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış 6 avtobusla "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə yola salınıb.

APA-nın yerli bürosu xəbər verir ki, təxliyə edilənlərdən 97-si Azərbaycan, 240-ı Gürcüstan, 6-sı Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə, 3-ü Ukrayna və 1-i Pakistan vətəndaşıdır.

Həmin şəxslər ötən gün Marneulidəki klinikalardan birində COVID-19 testi veriblər və onların hər birində analiz cavabı neqativ olub. Təxliyə edilənləri Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edir.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.

---------
10:16

Xarici ölkələrdəki Azərbaycan vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu gün Gürcüstandan daha 350 nəfərin ölkəyə gətirilməsinə başlanıb. Onlardan 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiytə, 1 nəfəri isə Ukrayna vətəndaşıdır.

Təxliyyə olunanlar artıq Gürcüstanda koronavirusa qarşı testlərdən keçiblər. COVİD-19 virusu aşkarlanmayan şəxslərə 48 saat müddətində qüvvədə olacaq arayışlar verilib. Həmin şəxslər Azərbaycanın Gürcüstandakı Səfirliyinin qarşısından xüsusi marşrutlarla "Qırmızı keçid" Sərhəd Keçid Məntəqəsinə gətirilib.


Etiketlər:  Daha azərbaycanlı vətənə döndü YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ