Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“ÜGT-nin e-learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair razılaşma imzalanıb (FOTO)

“ÜGT-nin e-learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair razılaşma imzalanıb (FOTO)

Tarix: 29 Iyun 2019 11:12

Bakı. Trend:

Brüssel şəhərində keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları çərçivəsində Dövlət Gömrük Komitəsi ilə ÜGT arasında “ÜGT-nin e-learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair Razılaşma imzalanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sənədi Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və ÜGT-nin Administrasiya və Şəxsi Heyətinin rəhbəri Hans Pieters imzalayıblar.

Qeyd edək ki, təhsildə yeni metod və yanaşmaları ehtiva edən “e-learning” bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, analiz edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bir sistemdir.

Layihə gömrük sahəsində çalışanların bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasına şərait yaradır.

Dövlət Gömrük Komitəsi tərəfindən 2019-cu ilin mart ayından etibarən tətbiq edilən layihə ilk mərhələdə Dövlət Gömrük Komitəsinin Akademiyasında reallaşdırılıb, hazırda isə gömrük əməkdaşları da bu sistemdən faydalanırlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ÜGT learning Modullarından istifadə üzrə Lisenziya verilməsinə dair razılaşma imzalanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ