Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 11:04
Ötən həftə ərzində (7-11 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 1,82 ABŞ dolları və ya 4,31% azalıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 41,05 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici - 42,32 dollar təşkil edib, ən minimal göstərici isə 40,30 dollar səviyyəsində olub.