Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna prezidenti Aİ-dən 1,2 milyard kreditin alınması barədə sazişi təsdiqlədi

Ukrayna prezidenti Aİ-dən 1,2 milyard kreditin alınması barədə sazişi təsdiqlədi

Tarix: 14 Sentyabr 2020 17:28

Bakı. Trend:

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynaya 1,2 milyard məbləğində kredit almağa imkan verən Avropa İttifaqı (Aİ) ilə sazişin ratifikasiyası barədə qanunu təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, kredit ehtiyatları Ukraynanın makroiqtisadi sabitliyin, tədiyə balansının və islahatların dəstəklənməsinə yönəldiləcək. Vəsait hərəsi 600 milyon avro olmaqla, iki tranşda veriləcək.

Ukrayna Ali Radası Aİ ilə müvafiq sazişi avqustun 25-də ratifikasiya etmişdi.


Etiketlər:  Ukrayna prezidenti dən 12 milyard kreditin alınması barədə sazişi təsdiqlədi


RƏYLƏR