Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 18:36
Bakı. Trend:
ABŞ-ın Pensilvaniya ştatında 27 yaşlı Rikardo Munyos adlı şəxsin polis tərəfindən öldürülməsinə etiraz olaraq növbəti aksiya başlayıb.
Trend-in məlumatına görə, etiraz aksiyası ştatın Lankaster şəhərində keçirilib.
Polis idarəsinin binası yaxınlığına toplanan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.
Qeyd olunur ki, R.Munyosun öldürülməsi ilə bağlı insident sentyabrın 13-də baş verib. Həmin şəxsi qətlə yetirən polis müvəqqəti vəzifədən kənarlaşdırılıb.
Xatırladaq ki, son bir neçə ay ərzində ABŞ-ın bir neşə ştatında polis zorakılığına qarşı etiraz aksiyaları davam edir.