Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 01:32
Bakı. Trend:
Baham adaları sahillərində göyərtəsində 30 nəfər olan qayıq batıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 15 nəfər itkin düşüb, 12 nəfəri isə xilas etmək mümkün olub.
Məlumata əsasən, qayığın göyərtəsində Haiti və Yamayka vətəndaşları olub.
Bildirilir ki, itkin düşənlərin axtarışları davam etdirilir.