Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 15:42
Bakı. Trend:
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini E.Əliyevin idarə etdiyi “TOFAŞ” markalı avtomobildən “F-1” qumbarası aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır .