Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“YouTube” xidməti “TikTok”un analoqunu istifadəyə verib

“YouTube” xidməti “TikTok”un analoqunu istifadəyə verib

Tarix: 17 Sentyabr 2020 08:08

"YouTube" administrasiyası qısamüddətli kliplərin dərc edilməsi üçün öz xidmətini istifadəyə verib. "TikTok" və "Reels" xidmətlərində olduğu kimi, "YouTube Shorts" istifadəçiləri də davametmə müddəti 15 saniyəyədək olan videolar çəkə, videonun sürətini dəyişdirə, "YouTube"un geniş kataloqundan videoeffektlər və musiqi əlavə edə bilərlər.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki,  "YouTube Shorts" xidməti ilk olaraq Hindistan bazarı üçün "YouTube Android" mobil proqramında əlçatan olub. Yeni funksiya sonralar başqa regionlarda əlçatan olacaq, həmçinin "iOS" versiyası istifadəyə veriləcək.

"TikTok"da olduğu kimi, qısamüddətli klipin çəkilişi üçün yazma düyməsini sıxıb saxlamaq lazımdır. Davametmə müddəti daha uzun olan videoları smartfonun qalereyasından yükləmək lazımdır.


Etiketlər:  YouTube xidməti TikTokun analoqunu istifadəyə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ