Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 14:09
Bakı. Sara İsrafilbəyova - Trend:
“Azərkimya” İstehsalat Birliyinin modernləşdirilməsinin 2020-ci ilin ikinci rübündə başa çatması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu “Azərkimya” İB-nin baş direktorunun müavini Orxan Cəfərov Bakıda SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumu çərçivəsində keçirilən Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-kimya Sənayesi – Layihələr və Texniki Həllər konfransında deyib.
O bildirib ki, modernləşdirmə prosesinin ümumi dəyəri 500 milyon dollara yaxın olub və bu məbləğdən 260 milyon dolları “Qazprombank” tərəfindən ayrılıb.
O.Cəfərovun sözlərinə görə, layihə reallaşdırıldıqdan sonra etilen istehsalı ildə 100-105 min tondan 192 min tonadək, propilen istehsalı ildə 50-55 min tondan 187 min tonadək artacaq, bundan başqa, zavodun istismar müddəti daha 20 il uzanacaq.
Direktor müavini əlavə edib ki, 2019-cu ilin aprelinə olan vəziyyətə görə, layihənin 80,5, mühəndis işlərinin 99,8, tikinti işlərinin isə 51 faizi icra olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin