Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt yolunda dəmiryol körpüsü nə vaxt hazır olacaq? - AÇIQLAMA

Bakı-Sumqayıt yolunda dəmiryol körpüsü nə vaxt hazır olacaq? - AÇIQLAMA

Tarix: 17 Sentyabr 2020 11:12

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmiryolu körpüsünün söküntü işləri başa çatıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, ərazidə yeni dəmiryolu körpüsünün inşası işlərinə start verilib:

"Artıq yeni körpünün dəmir konstruksiyalı dayaqları quraşdırılıb. Qısa müddət ərzində işlərin yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib. Körpünün inşası bu ilin noyabr ayında başa çatdırılacaq.

Qeyd edək ki, mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmiryolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək".


Etiketlər:  Bakı Sumqayıt yolunda dəmiryol körpüsü vaxt hazır olacaq AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ