Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gözətçi qalasının qalıqları aşkarlandı - FOTO

Gözətçi qalasının qalıqları aşkarlandı - FOTO

Tarix: 17 Sentyabr 2020 15:15

İmişlidə orta əsrə aid Gözətçi qalasının qalıqları aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İmişli Rayon İcra Hakimiyyətindən bildiriblər. Rayon ərazisində yerləşən Qızıltəpə adlı yaşayış məskənində arxeoloqlar tərəfindən növbəti qazıntı işlərinə başlanılıb. Qazıntı zamanı ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxıb.

Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mustafayev Mikayıl bildirir ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir:

"Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub. Araşdırmalar zamanı məlum olub ki, qalaya giriş tam məhduddur, yalnız bir istiqamətdən daxil olmaq mümkündür. Bu da onu deməyə əsas verir ki, Qızıltəpə qorunan bir qala olub. Qazıntılar zamanı gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. Bundan əlavə ərazidə xeyli sayda maddi mədəniyyət nümunələri də tapılıb. Hazırda təpədə qazıntı işləri davam etdirilir və tarixi abidənin alt təbəqələrində daha qədim dövrlərə aid izlərin olduğu bildirilir".

Milli.Az


Etiketlər:  Gözətçi qalasının qalıqları aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ