Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 18:54
1 saylı Bakı DOST Mərkəzində xidmətlərin təşkili ilə bağlı hesabat xarakterli iclas keçirilib. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun rəhbərliyi ilə onlayn şəkildə baş tutan iclasda Agentliyin sədr müavinləri, departament və mərkəz rəhbərləri iştirak ediblər.
Mərkəzdən Sonxeber.net-a bildirilib ki, iclası giriş sözü ilə açan Fərid Məmmədov qeyd edib ki, hazırda Bakı şəhərinin rayonları üzrə 3 DOST mərkəzi fəaliyyət göstərir. DOST xidmətlərindən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 96%-dir. Həmçinin xidmətlərin daim inkişaf etdirilməsi istiqamətində işlər aparılmalıdır.
1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri Gündüz Mehdiyev mərkəzdə 132 növ xidmət göstərildiyini qeyd edib. Bu xidmətlərin 115-i əsas, 17-si isə yardımçı xidmətlərdir. Açıldığı vaxtdan bu günə qədər 110 min nəfərə yaxın vətəndaş mərkəzə müraciət edib. Müraciət edən vətəndaşların məmnunluq səviyyəsi 96%-dir.
Mərkəzin fəaliyyəti ilə bağlı hesabat dinlənildikdən sonra xidmətlərin keyfiyyətinin yüksəldilməsi və işin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.