Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb, xəstəxanadan evə buraxılır - YENİLƏNİB

Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb, xəstəxanadan evə buraxılır - YENİLƏNİB

Tarix: 18 Sentyabr 2020 17:22

17:21

Bu gün Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə qərar qəbul edib.

Həbsdə olan zaman aclıq aksiyası keçirən Tofiq Yaqublunun vəziyyəti pisləşdiyindən onu Baku City Hospitala köçürmüşdülər. Bu gün ev dustağlığına buraxılan T.Yaqublu artıq xəstəxanadan da evə yola salınır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə xəstəxanadan məlumat veriblər.

Qeyd olunub ki, hazırda Tofiq Yaqublunun yaxınları gəlib və xəstə evə yola salınır.

---------

17:15

Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə onun həkimi Adil Qeybulla məlumat verib.

Onun sözlərinə görə, T.Yaqublunun xəstəxanadan evə buraxılması məsələsi ailə üzvləri ilə müzakirə edilir:

"Bir ziyalı kimi öz şəxsi müraciətimə müsbət cavab verdikləri üçün ölkə rəhbərliyinə təşəkkür edirəm".

Milli.Az


Etiketlər:  Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb xəstəxanadan evə buraxılır YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ