Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 07:33
Bak. Trend^
İyunun 29-da Ümumdünya Gömrük Təşkilatının Brüsseldə keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları başa çatıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhhət Həbibbəyli, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, komitənin aidiyyəti qurumlarının nümayəndələri də təmsil olunublar.
Sessiyaların sonuncu günündə imzalama və sənədlərin depozitə verilmə mərasimləri baş tutub, Maliyyə Komitəsinin büdcə və maliyyə məsələləri üzrə hesabatı dinlənilib. Həmçinin, Potensialın Gücləndirilməsi üzrə direktor, Nəzarət və Asanlaşdırma üzrə direktor, Şura sədrinin müavinləri, Siyasi Komissiyanın və Maliyyə Komitəsinin üzvləri, sədri və sədr müavini, Audit Komitəsinin üzvləri, sədri və sədr müavini, Şura sədri vəzifələrinə seçilmiş namizədlər təsdiqlənib.
Qeyd edək ki, bütün üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin təmsil olunduğu Gömrük Əməkdaşlıq Şurası ÜGT-nin ali orqanıdır. Şura ÜGT-nin fəaliyyəti ilə bağlı bütün siyasi və strateji qərarları yekun olaraq qəbul edən bir qurumdur. ÜGT Baş katibi o cümlədən ÜGT-nin bütün direktoratlıqları öz faəliyyətlərinin yekunları, o cümlədən müxtəlif işçi komitələr öz iclaslarının nəticələri barədə ÜGT Şurasına hesabat verirlər. Şuranın sədrinə 6 sədr müavini kömək edir. ÜGT idarəçiliyin rasionallaşdırılması baxımından 6 regiona bölünür ki, bu regionlar hər biri illik konfranslarında region üzrə ÜGT Şurasının sədr müavinini seçir.
Cari ilin 25-26 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Gömrük Xidməti Rəhbərlərinin Konfransında Azərbaycan Respublikası 2 il müddətinə Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədr müavini seçilib. Beləliklə, Gömrük ƏməkdaşlıqŞurasının iyunun 29-da keçirilən son iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionuna rəhbərliyi rəsmən təsdiqlənib. Eyni zamanda, Amerika Regionuna Dominikanın, Asiya-Sakit Okeanı Regionuna Hindistanın, Yaxın Şərq və Şimali Afrika Regionuna Bəhreynin, Şərqi və Cənubi Afrika Regionuna Botsvananın, Qərbi və Mərkəzi Afrika Regionuna Qvineyanın sədrliyi təsdiq edilib.
Avropa regionu üzrə Sədr müavini qismində Azərbaycan həm Şuranın, həm də Siyasi Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edərək, Avropa regionu gömrükxidmətlərinin maraqlarını qoruyacaq. Qeyd edək ki, ÜGT Avropa Regionu özündə 52 ölkə və Avropa İttifaqı olmaqla, toplam 53 üzvü birləşdirən ən böyük regiondur.
Şübhəsiz ki, dünyanın ən inkişaf etmiş ölkələrinin təmsil olunduğu regiona ölkəmizin gömrük xidmətinin sədr seçilməsi Prezident İlham Əliyevin gömrük orqanlarına göstərdiyi yüksək diqqət və qayğının, gömrük sistemində aparılan islahatlar hesabına Azərbaycan gömrüyünün nüfuzunun artmasının nəticəsidir.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, gömrük sistemində aparılan islahatlar da kompleks xarakter daşıyır. İslahatlar fiskal siyasətin, maliyyə-uçot sisteminin düzgün qurulmasını, şəffaflığın təmin edilməsini, qaçaqmalçılığa qarşı effektiv mübarizə aparılmasını təmin etməklə yanaşı, ölkə gömrüyünün dünya gömrük ailəsinin ən etibarlı üzvünə çevrilməsinə şərait yaradıb.
Dövlət Gömrük Komitəsi sədrinin Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, eləcə də bu təşkilatın 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçilməsi dövlət başçısının apardığı daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin