Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nərimanov rayonunda top mərmisi tapılıb (FOTO)

Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO)

Tarix: 20 Sentyabr 2020 01:03

Bakı. Trend:

Sentyabr-ın 19-u saat 17:59-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və 18:11-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Müzəffər Nərimanov küçəsi 54 ünvanına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 115 mm-lik top mərmisi (BM-6) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 19 sentyabr 2020-ci il tarixlərində 281 siqnal (əməliyyat çağırışı) əsasında 252 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Oğuz, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 30 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 537 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 18 745 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 90 460 kv.m ərazi yerüstü və 14 686 kv.m ərazi yeraltı yoxlanılıb.

Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO) - Gallery Image Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO) - Gallery Image Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO) - Gallery Image Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO) - Gallery Image Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO) - Gallery Image Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO) - Gallery Image Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO) - Gallery Image Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO) - Gallery Image Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO) - Gallery Image Nərimanov rayonunda top mərmisi  tapılıb (FOTO) - Gallery Image


Etiketlər:  Nərimanov rayonunda top mərmisi tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ