Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saçlarda yağlanmanın səbəbləri: Təbii yollarla aradan qaldırmaq olarmı?

Saçlarda yağlanmanın səbəbləri: Təbii yollarla aradan qaldırmaq olarmı?

Tarix: 20 Sentyabr 2020 19:18

Günümzdə çoxları yağlı saç problemindən əziyyət çəkir. Suyun, yuyucu vasitələrin dəyişməsindən, bəzən isə aparılan müalicələrdən asılı olmayaraq bu problem aradan qalxmır. Saşlarda yağlanma nədən yaranır? Onu necə aradan qaldırmaq olar? Təbii üsullarla yağlanmanın qarşısını almaq mümkündürmü?

Milli.Az e-tibb.az-a istinadən Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının müdiri, əczaşılıq elmləri doktoru, professor Cavanşir İsayevin saçlarda yağlanmanın səbəbləri və bunun fitotearpevtik müalicəsi ilə bağlı fikirlərini təqdim edir:

Yağlı saçlar - baş dərisinin vəzilərinin həddən artıq aktivliyi ilə əlaqəli olaraq saçların yağlılığının yüksəlməsidir. Başı çox yumağa baxmayaraq, belə saçlar yağlı və hətta çirkli görünür. Ayrı-ayrı zolaqlar şəklində bir-birinə yapışırlar, saç düzümü götürmürlər. Yağlı saçlar problemi trixoloq, endokrinoloq və qastroenteroloqla birlikdə peşəkar yanaşma tələb edir.

Saçların həddən artlq yağlılığının səbəbləri müxtəlif ola bilər:

İrsiyyət. Bu əsas  səbəblərindən  biridir.  Əgər sizin  yaxın qohumlarınızın  əksəriyyətində saçlar çox  yağlıdırsa, sizin  də  saçlarınız  yağlı olacaq. Bu halda  saçların  artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür.

Hormonal  pozulmalar. Bu  da  əsas  səbəblərdən  biridir.  İstənilən  hormonal  pozulma saçların  vəziyyətinə  mənfi  təsir  edir.  Bu  səbəbdən  əgər  siz  saçlarınızın  həddən  artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçin.

Düzgün  olmayan  qidalanma. İnsan  daim  həddən  artıq  yağlı,  şirin  qidaları,  un məmulatları qəbul edirsə, bu həm də onun saçların vəziyyətinə mənfi təsir edir.

Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (hamiləlik əleyhinə həblər, hormonal preparatlar, antibakterial preparatlar və s.) saçların tez yağlanmasına səbəb olur.

Düzgün olmayan baxım saçların vəziyyətinə mənfi təsir edir. Keyfiyyətsiz şampunlar və digər vasitələr, saçların çox isti su ilə yuyulması, lak, gel və s. vasitələrdən tez-tez istifadə edilməsi, fen və s. - bütün bu amillər saçların daha tez yağlanmasına səbəb olur. Streslər, xüsusilə  uzunsürən  xroniki  streslər,  saçların  daha  tez  yağlanmasına səbəb  ola bilər. Saç tiplərinin xarakteristikası: Normal  saçlar  sağlam  və  cəlbedici  olur;  onlar parlaq, elastik  və  ipək kimi  yumşaq  olması  ilə fərqlənir.  Belə saçlar  asanlıqla şəkilləndirilir  və  uzun müddət yığılmış formasını saxlayır. Bütün bu xüsusiyyətlər normal saçlarda yuyulmadan sonrakı bir  neçə  gün  ərzində  saxlanır.  Quru  saçlar  isə  cansız  görünür.  Onlar  çətinliklə  daranır  və yuyulduqdan sonra şəkilləndirilir, lakin asanlıqla bir-birinə dolaşır və ucları haçalanır. Quru saçlar yuyulduqdan sonra,  adətən,  baş dərisinin  dartılması hissi  yaranır. Bununla  bərabər, quru  saçlar uzun müddət kirlənmir və yalnız yuyulmadan sonrakı 7-ci günün sonunda yağlı olurlar.

Yağlı  saçların  tipik  əlamətləri  yağlılığın  artması; yağlı  parıltı,  çirkli  görüntüdür.

Yuyulmadan  bir  neçə saat  sonra  saçlar  bir-birinə  yapışır  və  forma  saxlamır. Yağlı  saçlar  toz hissəciklərini sürətlə absorbsiya edir, qoxulu maddələri içinə çəkir. Buna görə də çirkli görünür; onlardan xoşagəlməz qoxu gələ bilər.

Başqa problemlər - kəpək, izafi saç tökülməsi tez-tez yağlı saçların  yaranmasına  rəvac  verir.  İsti,  rütubətliyin  yüksəlməsi  və  başqa  atmosfer  təzahürləri saçların  yağlılığını  gücləndirir.  Əksər  hallarda  yağlı  saçlar  üz  dərisinin  yağlılığı  ilə  müşayiət olunur. Ümumilikdə estetik nöqteyi nəzərdən yağlı saçlar tamamilə xoşagəlməz təsir bağışlayır.

Qarışıq tipli saçlar, bir qayda olaraq, uzun olur; onlar piylə bütünlüklə örtülə bilmir, buna görə də yağlı köklərə və quru, haçalanan uclara malik olur.

Yağlı saçlara qulluğun  xüsusiyyətləri:  Yağlı  saçlara  necə  qulluq  etmək  haqda danışmazdan  əvvəl  saçların  bu  tipinin  "nə  sevmədiyini"  müəyyənləşdirmək vacibdir.  Belə ki, yüksək piy ifrazı zamanı saçları isti su ilə yumaq, başın massajı (tüklü hissəsi), saçların fırça ilə tez-tez daranması,  fenlə və  isti maşa  ilə  şəkilləndirilməsi, gel  və mum  istifadəsi, sıx  hörüklərə yığılması, metallik saç sancaqlarından istifadə tövsiyə olunmur. Belə ki, bütün bunlar dəri piyinin əmələ  gəlməsini  stimulyasiya  edir.  Bundan  başqa,  yağlı  saçlara  sahib  olan  insanlara  uzun buruqlardan və qısa saçların mürəkkəb şəkilləndirilməsindən imtina etmələri məsləhət görülür.

Saçların  yağlılığının  azaldılması üçün  qidalanmanın  dəyişilməsi,  zərərli  vərdişlərdən imtina, vitamin-mineral komplekslərinin və qida əlavələrinin qəbulu, saçlara qulluq vasitələrinin düzgün  seçilməsi  kimi  şərtlərə  riayət  etmək  vacibdir. Bütün  klinik  hallarda  yağlı  saçların müalicəsinə  trixoloqa  müraciət,  baş  dərisinin  və  saçların  vəziyyətinin  kompüter  diaqnostikası, saçların  spektral  analizi  vasitəsilə  mikroelementlərin  təyini  ilə  başlanır.

Saçların  yağlılığının yüksəlməsinə daxili orqanların qeyri-düzgün fəaliyyəti səbəb olarsa, həkim başqa mütəxəssislərə

(endokrinoloq, qastroenteroloq, ginekoloq-endokrinoloq) müraciət edilməsini, əlavə müayinələrin (qanın biokimyəvi analizi, hormon səviyyəsinin təyini, abdominal USM və s.) aparılmasını tövsiyə edə bilər.

Saçları  ot  dəmləmələri  ilə  yumaq  və  ya  onları  baş  dərisinə  sürtmək  piy  ifrazının ləngiməsinə  kömək  edir.  Yağlı  başın  dərisində  yararlı  olan  dərman  bitkilərinə adi dəvədabanı (Tussilago  farfara L.), aloe,  adi gicitkən  (Urtica dioica  L.) adaçayı,  palıd  qabığı, qatırquyruğu aiddir. Yağlı saçlara qulluqda məşhur  xalq təbabəti vasitələri onların  qatıq və süd zərdabı ilə yuyulmasıdır. Yağlı  saçlar  problemində şampuna və ya saçları  yumaq üçün nəzərdə tutulmuş  suya bir  neçə  damcı  berqamot, qızılgül, nanə  və  sitrus  efir  yağları əlavə  oluna  bilər.

Gildən  və  çiçəksiz  xınadan  hazırlanmış  maskalar  baş  dərisi  üçün  yaxşı  absorbsiyaedici  və seborequlyator təsir göstərir.

Milli.Az


Etiketlər:  Saçlarda yağlanmanın səbəbləri Təbii yollarla aradan qaldırmaq olarmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ