Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi

İngiltərə Premyer Liqası:

Tarix: 20 Sentyabr 2020 21:48

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasının ikinci turu çərçivəsində London təmsilçisi "Çelsi" "Liverpul" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyunun 45+1-ci dəqiqəsində "Çelsi"nin oyunçusu A.Kristensen qırmızı vərəqə alaraq meydançadan qovulub.

İkinci hissədə "Liverpul"un oyunçusu Sadio Mane dubl edərək (50 və 54-cü dəqiqələr) komandasına qələbə qazandırıb.

İngiltərə Premyer Liqasının iki turundan sonra "Liverpul" 6 xalla ikinci pillədə, "Çelsi" isə 3 xalla 10-cu pillədə qərarlaşıb.


Etiketlər:  İngiltərə Premyer Liqası Liverpul səfərdə Çelsini məğlub etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ