Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı

Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı

Tarix: 21 Sentyabr 2020 13:36

Bakı. Trend:

Çinin şimal-şərqindəki Çançun şəhərində Rusiyadan idxal olunmuş kalmar qablaşdırmasında koronavirus aşkar edilib.

Trend-in məlumatına görə, qida şirkətlərindən birində keçirilən yoxlama zamanı qablaşdırmalardan birində virus tapılıb. Növbəti gün keçirilən təkrar test müsbət nəticə verib.

Həmin məhsulun Rusiyadan idxal olunduğu müəyyən edilib.

Nəticədə anbarda olan bütün məhsullar yoxlamadan keçirilib. Testlərin mənfi nəticələndiyi bildirilir.

Şəhər sakinlərinə dondurulmuş məhsullar alarkən ehtiyatlı olmaq tövsiyə edilib.


Etiketlər:  Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı


RƏYLƏR