Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”da yeni funksiya işə salınacaq

“WhatsApp”da yeni funksiya işə salınacaq

Tarix: 21 Sentyabr 2020 14:16

Bakı. Trend:

“WhatsApp” messenceri bir hesaba bir neçə qurğunun bağlanmasına imkan verən funksiya işə salır.

Trend-in məlumatına görə, bu funksiyanın yekun versiyası artıq hazırdır və yaxın zamanlarda beta-sınaqlar işə salınacaq.

Yeniliyə əsasən, “WhatsApp”da “Əlaqəli qurğular” düyməsi peyda olacaq.

Bu funksiya vasitəsilə bir hesaba 4-dək qurğu bağlana biləcək. Bir dəfə bağlandıqdan sonra digər qurğulardan hesaba smartfonun köməyi olmadan qoşulmaq mümkün olacaq. Həmin qurğularda yazışma tarixçəsini, oxunma işarəsini sinxronlaşdırmaq mümkün olacaq.


Etiketlər:  WhatsAppda yeni funksiya işə salınacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ