Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Macarıstan arasında bir sıra sahələr üzrə sazişlər təsdiqləndi

Azərbaycan və Macarıstan arasında bir sıra sahələr üzrə sazişlər təsdiqləndi

Tarix: 21 Sentyabr 2020 16:33

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyi arasında səhiyyə sənayesi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyi arasında səhiyyə sənayesi sahəsində əməkdaşlıq haqqında" 2020-ci il iyulun 17-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərəcək.

***

Prezident İlham Əliyev, həmçinin "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə də Fərman imzalayıb.

Fərmanla "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında" 2020-ci il iyulun 17-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərəcək.

***

Prezident İlham Əliyevin daha bir Fərmanı ilə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında" Anlaşma Memorandumunun təsdiq edilib.

Fərmanla "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında" 2020-ci il iyulun 17-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərəcək.


Etiketlər:  Azərbaycan Macarıstan arasında sıra sahələr üzrə sazişlər təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ