Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın potensial rəqibində baş məşqçi dəyişikliyi

''Qarabağ''ın potensial rəqibində baş məşqçi dəyişikliyi

Tarix: 22 Sentyabr 2020 16:28

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan "Legiya"da baş məşqçi dəyişikliyi gerçəkləşib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, dünən Aleksandar Vukoviçi istefaya göndərən Polşa təmsilçisi yeni baş məşqçi vəzifəsinə Çeslav Mixneviçi təyin edib. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

2017-ci ildən Polşanın U-21 millisinin baş məşqçisi olan Mixnoviç müqaviləsinin müddəti başa çatacağı noyabra kimi yığmada da işinə davam edəcək. O, 19 illik məşqçilik karyerasında Poşa çempionluğu, Polşa kuboku və iki dəfə superkuboku qazanıb.

Qeyd edək ki, "Legiya" 3-cü təsnifat mərhələsində "Drita"nı (Kosovo) keçəcəyi təqdirdə, növbəti mərhələdə Ağdam təmsilçisi ilə qarşılaşacaq.

Əlavə edək ki, "Legiya"nın son olaraq ölkə çempionatında evdə "Gurnik"ə 1:3 hesabı ilə uduzmasından sonra baş məşqçi Vukoviçin istefasına qərar verilib. Onun rəhbərliyi altında komanda bu mövsüm ölkə çempionatında 4 turda 2 dəfə uduzub. Bundan başqa, Varşava təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində "Omoniya"ya (Kipr) 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.


Etiketlər:  Qarabağın potensial rəqibində baş məşqçi dəyişikliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ