Paraqvayın “Kampo Qrande” klubu oyun zamanı penaltini dəqiqə yerinə yetirə bilməyən futbolçusu Brendiks Parra ilə yolları ayırıb.
Qol.az xəbər verir ki, Parra Cənubi Amerika kubokunun 1/32 finalında “La Ekidad”a qarşı keçirilən matçda həlledici anda “Panenka vuruşu” ilə penaltini yerinə yetirmək istəyib. Ancaq onun zərbəsi uğursuz alınıb. Rəqibinə penaltilər seriyasında məğlub olan “Kampo Qrande” turnirlə vidalaşıb.
Bu məğlubiyyətdən sonra klubun prezidenti Eriberto Qammara Parra ilə yolları ayırdıqlarını açıqlayıb.