Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 12:26
Estoniyanın "Nomme Kalyu" klubu ölkə çempionatının 21-ci turunda
"Levadiya" ilə matçda maraqlı addım atıb.
Qol.az xəbər verir ki,
komandanın çalışdırıcısı Marko Kristal 13-cü saniyədə 16 yaşlı Mark Oliver
Roosnuppu əvəz edib. Onun yerinə meydana 22 yaşlı Vladislav Xomutov girib.
Çempionatın əsasnaməsinə görə, hər komanda start heyətində ən azı 2 yetirməsini meydana buraxmalıdır. Mark Oliver Roosnupp klubun yetirməsi kimi oyuna daxil olub və baş məşqçi əsasnaməyə görə onu erkən əvəz edib.
Qarşılaşma "Nomme Kalyu"nun məğlubiyyəti ilə yekunlaşıb - 1:2.