Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 16:44
Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.
R.Bayramlı bildirib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. O qeyd edib ki, yəqin ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. R.Bayramlının sözlərinə görə, risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir.
O əlavə edib ki, vaksinasiya könüllü xarakter daşıyacaq.