Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda yük avtomobilindən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Azərbaycanda yük avtomobilindən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Tarix: 23 Sentyabr 2020 17:34

Siyəzən rayonunda ağırtonnajlı yük avtomobilinin ötmə əməliyyatının qadağan edildiyi yerdə təhlükəli manevr etməsinin görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, dünən axşam saatlarında Siyəzən rayonu ərazisində brolyer şirkətinə məxsus olan TIR düz xəttin tələbinə məhəl qoymayaraq ötmə əməliyyatı edib və qarşıdan hərəkət edən 2 minik avtomobili ilə 1 yük maşınını keçib.

Qeyd edək ki, hadisə vaxtı mişar daşı aparan "KamAZ"ın sürətinin aşağı olması ərazidə 4-5 maşınlıq sıxlıq yaranıb. Bununla belə yolun ortasından çəkilmiş düz xətt burada ötməni qadağan edir. (publika.az)

Milli.Az


Etiketlər:  Azərbaycanda yük avtomobilindən TƏHLÜKƏLİ MANEVR VİDEO


RƏYLƏR