Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir

Azərbaycanda 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir

Tarix: 23 Sentyabr 2020 18:24

Bakı. Ceyhun Ələkbərov - Trned:

"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı”na əsasən, dağ çayları sularının yığılması üçün relyefə uyğun olaraq Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, tikintisi nəzərdə tutulan su anbarlarında 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir. Bu su anbarları 139 min hektar sahəni suvarma suyu ilə təmin edəcək. O cümlədən, 81 min hektar yeni suvarılacaq sahə kənd təsərrüfatı dövriyyəsinə veriləcək.

Trend-in məlumatına görə, bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-də sentyabrın 23-də videokonfrans formatında keçirilən görüşdə Səhmdar Cəmiyyətin sədr müavini Rafiq Aslanov məlumat verib. O, çıxışında mövcud su anbarlarının həcmi və vəziyyəti barədə məlumat verərək bildirib ki, dövlətimizin başçısının təsdiqlədiyi Tədbirlər Planına əsasən, həmçinin 22 yerdə hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması planlaşdırılır:

“Bu, 9 min kilometr uzunluğunda kanalları özündə birləşdirir. Bunun 529 kilometri magistral, 1644 kilometri I dərəcəli, 6817 kilometri II-III dərəcəli kanallardır. Həmin kanalların altında təxminən 290 min hektar suvarılan sahə var və 15 rayonu əhatə edir”.

Azərbaycanda əkilən kənd təsərrüfatı bitkilərinin böyük əksəriyyətinin Mil-Muğan torpaqlarının payına düşdüyünü deyən R.Aslanov bildirib ki, bu torpaqlarda həddən artıq su itkiləri müşahidə olunur. Bu, təsdiq olunan su balansında da öz əksini tapıb.

Onun sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olan kanalların 73 faizi torpaq kanallardır.


Etiketlər:  Azərbaycanda milyon kubmetr ehtiyatının yaradılması gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ