Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 08:03
Vegetativ pozulmaları törədən əsas səbəblərdən biri də nevrozlardır. Vegetativ sinir pozulmaları ilə emosional mühit arasında xüsusi əlaqənin olması çoxdan tibb elminə məlumdur. Son zamanlar hətta psixovegetativ sindrom sözünün tibb elminə daxil olması bununla əlaqədardır.
Nevrozlar zamanı əvvəlcə emosional pozulmalar, sonra isə vegetativ dəyişikliklər meydana çıxır. Vegetativ əlamətlər nevrotik pozulmaların formasından və itensivliyindən asılı olaraq dəyişir. Bu özünü vegetativ pozulmalarda olan aşağıdakı patologiyalarla göstərir:
- asteniya
- depressiv vəziyyət
- qorxu
- ipoxondrik təzahürlər
- qorxu
- yuxunun pozulması.
Son illərdə vegetativ sinir sistemi patologiyalarının əmələ gəlməsində nevrozların bir çox əlamətlərinin xəstəlikönü hal kimi qiymətləndirilir. Bu əlamətlərə "təşviş hücumları" diaqnozu aiddir. "Təşviş hücumları"na təngnəfəslik, ürəkdöyünmə, döş sümüyü arxasında xoşagəlməz hisslər və ya ağrı, boğulma, tənəffüsün ağırlaşması hissi, başgicəllənmə, səndələmə, bayılma, əsmə və titrəmə, ölüm qorxusu, dəli olmaq qorxusu və s.aiddir. Əgər xəstələrdə bu əlamətlərdən 4-ü 3 həftə ərzində 3 və artıq baş verərsə, bu zaman "təşviş hücumları" diaqnozu təsdiq edilir. Bu diaqnozun qoyulması isə xəstənin gələcəkdə vegetativ sinir sistemi xəstəsi olmasının təsdiqləyir.
Vegetativ pozulmalar xəstəni ürək, mədə-bağırsaq, damar keçiriciliyinin pozulması, endokrin sistemin xəstəlikləri əlamətləri ilə narahat edir.
Müalicə zamanı su prosedurları, müalicə idmanı, sinir sistemini sakitləşdirən dərmanlardan istifadə edilir. Xəstəliyin əmələ gəlməsində digər amillərin rolu varsa, aradan qaldırılır. Daxili və endokrin sistemin xəstəlikləri müşahidə edildikdə, klimaks, allergiya zamanı əsas xəstəliklərin də müalicəsinin aparılmasının vegetativ pozulmaların aradan qaldırılmasında rolu böyükdür.
Xəstəliyin psixovegetativ olduğunu nəzərə alaraq emosional mühitin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilir.