Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 08:20
PSJ-nin hücumçusu Anxel Di Mariya 4 oyunluq diskvalifikasiya olunub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi qərar qəbul edib.
Argentinalı hücumçu Liqa 1-in 3-cü turunda "Marsel"lə matçda rəqib futbolçu Alvaro Qonsalesə tüpürdüyü üçün cəzalanıb. Onun cəzası sentyabrın 29-dan qüvvəyə minəcək.