Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 15:10
Aparıcı Afaq Gəncəli "Üçümüz" proqramında qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aparıcı ona ünvanlanan sualları cavablandırıb.
"Şou aləmində hamı ilə dostam. Məni işsizlik, təklik, səssizlik yorur və bezdirir. Tək qalmağı, səssiz yeri sevmirəm. Bütün günüm gərək ora-bura qaçmaqla olsun", - Afaq bildirib.
İkinci dəfə ailə qurub-qurmaması ilə bağlı suala isə Afaq "Şəxsi həyatıma məşhurluğum mane olur, mənə rahat deyil. Bir Allah bəndəsi olsa, ikinci dəfə ailə quraram. Amma Allah bəndəsi yoxdur" reaksiyasını verib.