Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ehtiyatda olan polkovnik təltif edilib (FOTO)

Ehtiyatda olan polkovnik təltif edilib (FOTO)

Tarix: 25 Sentyabr 2020 17:45

Bakı. Trend:

Ehtiyatda olan ədliyyə polkovniki, Azərbaycan-Rusiya jurnalistlər birliyinin üzvü Əfrahim Təhməzov Azərbaycan Jurnalistlər Birliyinin diplomu ilə təltif olunub.

Trend-in məlumatına görə, Ə.Təhməzov Azərbaycan jurnalistikasında göstərdiyi səmərəli fəaliyyətinə və 60 illik yubileyi münasibəti ilə təltif edilib.

Ə.Təhməzov uzun müddət Respublika Hərbi prokurorunun böyük köməkçisi olub və qurumun Mətbuat xidmətinə rəhbərlik edib.

Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Ə.Təhməzov ötən il MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləl Hərbçilərin İşi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub.

Ehtiyatda olan polkovnik təltif edilib (FOTO) - Gallery Image Ehtiyatda olan polkovnik təltif edilib (FOTO) - Gallery Image Ehtiyatda olan polkovnik təltif edilib (FOTO) - Gallery Image Ehtiyatda olan polkovnik təltif edilib (FOTO) - Gallery Image Ehtiyatda olan polkovnik təltif edilib (FOTO) - Gallery Image


Etiketlər:  Ehtiyatda olan polkovnik təltif edilib FOTO


RƏYLƏR