Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

Tarix: 25 Sentyabr 2020 18:50

Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi yekunlaşıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunacaq.

Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.


Etiketlər:  Ölkə üzrə uşaq məktəbəhazırlığa cəlb ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ